Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib


Digərləri 18 Sen 2019 16:37:45 256 0

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib

Bakı. Prezident İlham Əliyevin siyasətinin ana xəttinin sosialyönümlü olması 2018-2019-cu illərdə həyata keçirilən inqilabi islahatlarda bir daha özünü göstərdi. Həyata keçirilən islahatlar ümumilikdə 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir məlumat verib ki, hələ ötən ildən reallaşdırılan yeni islahatlar kursu artıq bütün sahələrdə, o cümlədən sosial sahə üçün uğurlu nəticələrini verib. O bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST Agentliyi dövlət sosial xidmətləri sahəsində yeni olmasına baxmayaraq, artıq 30 mindən çox şəxs DOST xidmətlərindən faydalanıb və bu xidmətlərdən keyfiyyətindən vətəndaşların məmnunluq səviyyəsi 94 faizi keçir. Nazir yeni qurulan altsistemlərin, həmçinin “Məşğulluq” altsisteminin, yeni işə salınacaq “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin əhəmiyyətindən də danışıb.