Əlillik yeni modellə müəyyən edilə bilər


Digərləri 18 Sen 2019 16:24:00 226 0

Əlillik yeni modellə müəyyən edilə bilər

"Səhiyyə Nazirliyi və digər müvafiq qurumlar yanvarın 1-dən ölkədə əlilliyin yeni modellə müəyyən edilməsini planlaşdırırlar".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən komitə sədri Hadi Rəcəbli deyib.

Komitə üzvü İlham Məmmədov təklif edib ki, MM-də əlilliyin müəyyənləşdirilməsi üçün həkim ekspertizasının necə olması barədə dinləmələr keçirilsin: "Əlilliyin təyin olunması ilə bağlı bir sıra bürokratik əngəllər götürülüb. Amma bəzən hansısa səbəbdən, bəlkə də texniki səbəbdən əlil insanlara əlillik təyin edilmir. Bu məsələlər dinləmələrdə müzakirə edilməlidir".

İ.Məmmədov qeyd edib ki, özünüməşğulluq strategiyasına yeni trendlər daxil edilsin. Onun sözlərinə görə, turizmdə xidmət sferasını məşğulluq strategiyasına daxil etmək lazımdır.