Bred Pitt kosmosla canlı bağlantı etdi FOTO


Digərləri 18 Sen 2019 11:40:00 224 0

Bred Pitt kosmosla canlı bağlantı etdi  FOTO

Məşhur aktyor Bred Pitt NASA-nın Vaşinqtondakı qərargahından dörd aydır Beynəlxalq Kosmik Stansiyada işləyən kosmonavt Nik Heyqlə canlı danışaraq suallarına cavab alıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, aktyorun kosmos və kosmonavtın oradakı missiyası ilə bağlı suallarına Heyq havada fırlanaraq cavab verib.

Heyq ailədən uzaq olmağın çətin olduğunu qeyd edib: "Amma ən böyük şansım olduğum yerin dünyaya yaxın olmasıdır. Bu səbəbdən telefonla danışmaq və hər həftə sonu uşaqlarımla görüntülü söhbətləşmək imkanım olur".

Kosmonavt daha sonra orada necə yaşadıqlarından danışıb, missiyaları haqqında aktyora ətraflı məlumat verib, kosmosda gəzməyin və dünya ilə birlikdə fırlanmağın qeyri-adi hiss olduğunu deyib.

Yaxın zamanda nümayiş olunacaq kosmosla bağlı "Ulduzlara doğru" adlı filminə baxan Heyq aktyorun işini bəyəndiyini qeyd edib.

(adsgarden = window.adsgarden || []).push({});