İranda zəlzələ:


Dünya 18 Sen 2019 11:22:00 234 0

İranda zəlzələ:

İranın qərbində yerləşən Kürdüstan vilayətində zəlzələ nəticəsində 2 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kürdüstan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Məhəmməd Fəllahi Fars informasiya agentliyinə açıqlamasında deyib.

M.Fəllahinin sözlərinə görə, ötən gecə yerli vaxtla 23:59-da 4,4 və 02:17-də 3,4 bal gücündə vilayətin Sərvabad rayonunda zəlzələ baş verib.

Baş direktor əlavə edib ki, bütün xilasetmə orqanları hazır vəziyyətə gətirilib.

Zəlzələ Sərvabad rayonunun 12 kilometrliyində 10 km dərinlikdə qeydə alınıb.