Oksana: “Onun evli olmağını yeni öyrənmişəm”


Şou-biznes 18 Sen 2019 11:08:00 224 0

Oksana: “Onun evli olmağını yeni öyrənmişəm”

Hamilə olandan deyirdim ki, oğlumun 1 yaşını qeyd etməyəcəm. İstərdim ki, təntənə ilə kiçik toyunu keçirdim.

Son.az bildirir ki, bu sözləri axşam.az-ın suallarını cavablandıran rəqqasə və aktrisa Oksana Rəsulova söyləyib.

O, oğlunun bir yaşını qeyd etməməsini belə əsaslandırıb:

"İlk gündən çalışdım ki, hər şeyi gizlədim. Fotolar da bölüşmürəm. Gözdən, nəfsdən qorxuram. Amma övladımı Allaha təvəkkül edirəm. Uşaq ağ vərəqdir. Onun üzərinə enerji tez hopur. Dünyada və ölkəmizdə bir çox məşhurlar övladlarını 3-5 yaşlarında göstərib. Zaur Baxşəliyev qızının üzünü 5 yaşında göstərdi, Hüsniyə Məhərrəmovanın övladlarını heç kim görməyib. Ümumiyyətlə, onun evli olmağını belə yeni öyrənmişəm. Onlar ağıllı insanlardır, bəzi şeylər var ki, onu yalnız valideynlər hiss edir".

Oksana "Təklif gəlsə, övladınızın fotosunu pul qarşılığında mediaya təqdim edərsiniz" sualını da cavablandırıb:

"Belə bir təklif gəlməyib. Tanınmışların uşaqlarını hamı görmək istəyir. Niyə də bundan faydalanmasınlar? Bu təklifi övladımın üç yaşından sonra qəbul edərdim".

Rəqqasə ötən günlərdə yazdığı "Qadınlar, kişilərə inanmayın" sözlərinə də aydınlıq gətirib:

"Ondan öncə daha sərt statuslar yazmışam. Nədənsə, bu statusum ön plana çıxdı. Kişilərdən şikayətlənməmişəm. Son zamanlar eşidirəm ki, kiməsə yoldaşı xəyanət edib, boşanıb. Yazdığım statuslardakı problemlərin cəmi 30 faizi mənə məxsusdur, qalanı digər şəxslərə aiddir. Yenə də deyirəm, özünü sevən, özünə güvənən qadın həyat yoldaşına inanmasın. Qadın özünü sevirsə, o səviyyəyə düşməsin ki, yoldaşı ilə qısqanclığa görə problemləri yaransın. İnsan kiminsə arxasınca düşəndə aradakı pərdə götürülür. Qadın əks cinsi ona hiss etdirməyəcək dərəcədə qısqanmalıdır. İçindəki hissləri boğmalıdır. Kişi bu zaman onu qiymətləndirəcək. Cütlüklər tanıyıram ki, bu minvalla neçə ildir ömür sürürlər".