İranda zəlzələ oldu - Yaralananlar var


Digərləri 18 Sen 2019 10:04:02 200 0

İranda zəlzələ oldu - Yaralananlar var

İranın qərbində yerləşən Kürdüstan vilayətində zəlzələ nəticəsində 2 nəfər xəsarət alıb.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Kürdüstan vilayətində zəlzələ nəticəsində 2 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bunu İranın Kürdüstan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Məhəmməd Fəllahi Fars informasiya agentliyinə açıqlamasında deyib. M.Fəllahinin sözlərinə görə, ötən gecə yerli vaxtla 23:59-da 4,4 və 02:17-də 3,4 bal gücündə vilayətin Sərvabad rayonunda zəlzələ baş verib. Baş direktor əlavə edib ki, bütün xilasetmə orqanları hazır vəziyyətə gətirilib.