Azərbaycanda ötən il 545 körpəni yaşı 16 və daha az olan qadınlar dünyaya gətirib


Digərləri 18 Sen 2019 09:11:33 210 0

Azərbaycanda ötən il 545 körpəni yaşı 16 və daha az olan qadınlar dünyaya gətirib

Azərbaycanda ötən il 545 uşaq yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə 97 uşaq yaşı 16-dək, 448 uşaq 16 yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib.

2018-ci ildə ölkədə 20 yaşadək qadınlar tərəfindən ümumilikdə 13246 uşaq doğulub.

Son illər ərzində Azərbaycanda həm yaşı 16-dək olan, həm də 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb. 2000-ci ildə 16 yaşa qədər qadınlar tərəfindən 24 uşaq,16 yaşda olan qadınlar tərəfindən 319 uşaq doğulub. Bu say sonrakı illərdə 2000-ci illə müqayisədə yalnız artmağa doğru dəyişib.

Son 15 il ərzində Azərbaycanda 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayının ən çox qeydə alındığı il 2011-ci il olub ki, həmin ildə də 20 yaşadək qadınlar tərəfindən dünyaya gətirilən 22 432 uşağın 170-nin anasının yaşı 16-ya qədər, 964-nün anası isə 16 yaşda olub.