Gürcüstanda 78 faiz Avropa İttifaqı, 71 faiz NATOnu istəyir


Dünya 18 Sen 2019 08:43:00 262 0

Gürcüstanda  78 faiz Avropa İttifaqı, 71 faiz NATOnu istəyir

Gürcüstanda rəyi soruşulan vətəndaşların 78 faizi ölkənin Avropa İttifaqına (Aİ), 71 faizi isə NATO-ya üzvlüyünü dəstəkləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.

Məlumatda deyilir ki, rəyi soruşulanların 14 faizi ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 8 faizi isə müvafiq suala cavab verməkdə çətinlik çəkib.

NDI-nin sorğu əməkdaşları eyni sualla milli azlıqlardan olan vətəndaşlara da müraciət ediblər. Milli azlıqdan olan respondentlərin 57 faizi Gürcüstanın Aİ-yə üzvlüyünün lehinə, 14 faizi əleyhinə səs verib, 26 faizi isə suala cavab verə bilməyib.

Gürcüstan vətəndaşlarının 71 faizi ölkənin NATO-ya üzvlüyünün lehinə, 17 faiz əleyhinə səs verib. Müvafiq sualın cavabını bilməyənlər isə 7 faiz təşkil edib.