Bakıda "Volkswagen"in vurduğu piyada ölüb


Digərləri 18 Sen 2019 08:38:00 212 0

Bakıda "Volkswagen"in vurduğu piyada ölüb

Bakının Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, metronun "Gənclik" stansiyasının yaxınlığında "Volkswagen" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.