AÇGnin 25 illiyi faktlarda


Digərləri 17 Sen 2019 20:47:00 250 0

AÇGnin 25 illiyi faktlarda

AÇG bu il öz 25 illiyini qeyd edir. Bu, həm Azərbaycan hökuməti, həm də BP və tərəfdaşları üçün çox mühüm bir hadisədir.

Son.az Trend-ə istinadən bildirir ki, 25 il öncə - 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə səkkiz ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü haqqında saziş imzalandı. Bu saziş sonradan "Əsrin Müqaviləsi" kimi tanındı. 2017-ci ilin sentyabr ayında bu saziş əsrin ortalarınadək uzadıldı.

Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlamışdır.

AÇG-nin 25 illiyi Azərbaycanın neft və qaz sənayesinin yeni tarixinin əlamətdar bir səhifəsidir. Bu ildönümü həm də SOCAR, BP və onun AÇG sazişindəki tərəfdaşları üçün əlamətdar bir tarixdir.

AÇG-nin 25 illik əsas faktları:

1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3.6 milyard bareldən artıq) neft hasil edilmişdir.

Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3.3 milyard barel ACG nefti dünya bazarlarına daşınmışdır.

2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 4,300 tanker Ceyhan terminalından yola salınmışdır.

Hasilatın başlanğıcından 2019-cu ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən artıq AÇG səmt qazı Azərbaycana təhvil verilmişdir.

AÇG layihəsinin əsaslı xərcləri 2019-cu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil etmişdir.