AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb (FOTO)


Digərləri 17 Sen 2019 20:52:00 201 0

AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb (FOTO)

Nazir Elmar Məmmədyarov Müqəddəs Tax Taca rəsmi səfəri çərçivəsində Pontifik Şərq İnstitutunun (POI) rektoru ilə görüşüb.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Müqəddəs Tax Taca rəsmi səfəri çərçivəsində bu ölkənin Pontifik Şərq İnstitutunun rektoru David Nazar ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı rektor David Nazar təmsil etdiyi institutun yaranma tarixi və fəaliyyəti haqqında məlumat verdi. Daha sonra D.Nazar institutun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bu əməkdaşlığın Azərbaycan ilə Vatikan arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcəyini vurğuladı. E.Məmmədyarov səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, ölkəmizin sözügedən institutla əməkdaşlıq etməyə hazır olduğunu vurğuladı. E.Məmmədyarov qarşıbtərəfə Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələri haqqında məlumat verdi. Görüş zamanı XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə Pontifik Şərq Institutu(POI) arasında Anlaşma Memorandumu imzalandı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin