Naftalandakı qalmaqallı FOTOsuna görə üzr istədi


Digərləri 17 Sen 2019 20:49:00 228 0

Naftalandakı qalmaqallı FOTOsuna görə üzr istədi

Rusiyanın Ulyanovsk vilayətinin İT-korporasiyasının rəhbəri Svetlana Openışeva Azərbaycanda "şokolad vannası"ndan paylaşdığı qalmaqallı fotoya görə hər kəsdən üzr istəyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məmur Naftalandakı beşulduzlu otellərin birində müalicə məqsədli şokalad rəngində maye ilə dolu vannadan çəkdirdiyi "selfie"sini sosial şəbəkədəki hesablarından silərək məsələyə aydınlıq gətirib.

"Əziz dostlar. Mənim postuma görə qəzəblənən və ya özünü təhqir olunmuş sayan hər kəsdən üzr istəyirəm. Bir anlıq da olsun kimisə incitmək niyyətində olmamışam, sadəcə olaraq belə alındı ki, kiminsə hisslərinə toxundum və belə olduğu üçün peşmanam. Sadəcə olaraq möhtəşəm Azərbaycan dövlətində bahalı olmayan və möhtəşəm istirahətə diqqəti cəlb etmək istəyirdim, amma görünür uyğun forma seçməmişəm. Bir daha məni bağışlamanızı xahiş edirəm", - deyə Openışeva qeyd edib.

Xatırladaq ki, S. Openışeva sözügedən "selfie"ni instaqram hesabında paylaşaraq "Çox şokolad olmur" şərhini yazmış, sosial şəbəkədə dəbdəbəli həyatını nümayiş etdirdiyinə görə tənqid olunmuşdu.

(adsgarden = window.adsgarden || []).push({});