AÇG-nin 25 illiyi faktlarda


Digərləri 17 Sen 2019 20:44:00 206 0

AÇG-nin 25 illiyi faktlarda

AÇG bu il öz 25 illiyini qeyd edir.

Bakı. AÇG bu il öz 25 illiyini qeyd edir. Bu, həm Azərbaycan hökuməti, həm də BP və tərəfdaşları üçün çox mühüm bir hadisədir. 25 il öncə - 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə səkkiz ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü haqqında saziş imzalandı. Bu saziş sonradan “Əsrin Müqaviləsi” kimi tanındı. 2017-ci ilin sentyabr ayında bu saziş əsrin ortalarınadək uzadıldı. Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlamışdır. AÇG-nin 25 illiyi Azərbaycanın neft və qaz sənayesinin yeni tarixinin əlamətdar bir səhifəsidir. Bu ildönümü həm də SOCAR, BP və onun AÇG sazişindəki tərəfdaşları üçün əlamətdar bir tarixdir. AÇG-nin 25 illik əsas faktları: 1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3.6 milyard bareldən artıq) neft hasil edilmişdir. Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3.3 milyard barel ACG nefti dünya bazarlarına daşınmışdır. 2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 4,300 tanker Ceyhan terminalından yola salınmışdır. Hasilatın başlanğıcından 2019-cu ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən artıq AÇG səmt qazı Azərbaycana təhvil verilmişdir.