İsrail gimnastı: Milli Gimnastika Arenasında bütün şərait yaradılıb


Digərləri 17 Sen 2019 20:23:27 262 0

İsrail gimnastı: Milli Gimnastika Arenasında bütün şərait yaradılıb

Bu gün yaxşı çıxış etdim, bütün hərəkətləri yerinə yetirdim, ümid edirəm ki, finalda daha yaxşı nəticə göstərəcəm

Bakı. Cani Babayeva - Bu gün yaxşı çıxış etdim, bütün hərəkətləri yerinə yetirdim, ümid edirəm ki, finalda daha yaxşı nəticə göstərəcəyəm. Bunu Trend-ə İsrail gimnastı Nikol Zelikman təsnifat yarışlarında çıxışından sonra deyib. Gimnast bildirib ki, onun üçün bir gündə həm təsnifat yarışlarında, həm də finalda çıxış etmək çətin deyil. N.Zelikman bildirib ki, Bakıda təşkil olunan yarışlarda çıxış etməkdən məmnundur: “Mən Bakıda özümü rahat hiss edirəm. Milli Gimnastika Arenasında məşqlər və yarışlar üçün bütün şərait yaradılıb”. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.