7 il qabaq arvadını öldürüb su hövzəsinə atdı - Bakıda qandonduran olay


Digərləri 17 Sen 2019 19:31:11 202 0

7 il qabaq arvadını öldürüb su hövzəsinə atdı - Bakıda qandonduran olay

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Nazim Cəfərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Nazim Cəfərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. İş üzrə məhkəmənin baxış iclası sentyabrın 24-nə təyin edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsi (PB) tərəfindən axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. Qətl hadisəsinin üstü 2019-cu ildə açılıb. N.Cəfərov Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma zamanı müəyyən edilib ki, N.Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində K.Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb.