Bolqarıstan gimnastı dünya çempionatında çıxışı barədə təəssüratlarını bölüşüb


Digərləri 17 Sen 2019 16:21:00 176 0

Bolqarıstan gimnastı dünya çempionatında çıxışı barədə təəssüratlarını bölüşüb

Bu gün Milli Gimnastika Arenasında çoxlu bolqarlar var idi

Bakı. Cani Babayeva - Bu gün Milli Gimnastika Arenasında çoxlu bolqarlar var idi və mən onların qarşısında çıxış etməkdən məmnunam. Bunu Trend-ə Bolqarıstan gimnastı Boryana Kaleyn dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib. O, öz çıxışından razı qaldığını deyib: “Fikrimcə, heç də pis çıxış etmədim və ümid edirəm ki, bu cür də davam edəcəyəm”. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.