"45 aylıq körpələrimi itirdim, hamısı da oğlan uşağı idi"


Şou-biznes 17 Sen 2019 15:47:00 237 0

"45 aylıq körpələrimi itirdim, hamısı da oğlan uşağı idi"

Xalq artisti Brilliant Dadaşova ötən gün "Hər şey daxil"də Tarix Əliyevin (Tolik) qonağı olub.

Son.az xəbər verir ki, sənətçi efirdə 4 dəfə bətnindəki körpəsini itirdiyini bildirib.

Brilliant Dadaşova səbəbini belə izah edib:

"Mən o günü Nura ilə bir yerdə oturanda, Nuranın bilirsən də 3 oğlu var. Dedim ki, "Nura, əgər mən cəbhə bölgələrinə getməsəydim və 4-5 aylıq körpələri itirməsəydim, hamısı oğlan idilər. Sənin kimi mənim də 4-5 oğlum olacaqdı". Yəqin, qız bizim qismətimizdə yoxdur".