İranda silahlı insident - Polis öldü


Digərləri 17 Sen 2019 14:33:00 220 0

İranda silahlı insident - Polis öldü

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonunda polis məmurları ilə naməlum silahlılar arasında insident baş verib.

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonunda polis məmurları ilə naməlum silahlılar arasında insident baş verib. Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib. M.Qolməhəmmədinin sözlərinə görə, silahlı insident nəticəsində polis zabiti həlak olub, daha 3 polis yaralanıb. Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.