BDU rektorunun birinci kurslarla görüşləri başlayıb (FOTO)


Digərləri 17 Sen 2019 14:23:14 230 0

BDU rektorunun birinci kurslarla görüşləri başlayıb (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin birinci kurs tələbələri ilə görüşləri başlayıb.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin birinci kurs tələbələri ilə görüşləri başlayıb. İlk olaraq Jurnalistika, Biologiya, Tarix və Filologiya fakültələrinin tələbələri ilə ayrı-ayrılıqda baş tutan görüşdə rektor Elçin Babayev respublikamız və əksər dünya dövlətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamış universitetin tarixi, inkişaf mərhələləri, tədris və elmi fəaliyyəti, sosial həyatı ilə bağlı məlumat verib, görülən işlər, yaradılan imkanlar barədə danışıb. E.Babayev universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək bəzi auditoriya və konfrans zallarının, laboratoriya və dəhlizlərin, o cümlədən yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini diqqətə çatdırıb. Davamlı olaraq tələbələrlə görüşəcəyini vəd edən rektor bildirib ki, istək və arzuları, təklif və problemləri olacağı təqdirdə Əsas tədris binasında qoyulmuş xüsusi qutu və universitetin rəsmi bsu.edu.az saytının “Tələbədən rektora” bölməsi vasitəsilə yazılı müraciət edə bilərlər.