“Kalinka” yağı markası Azərbaycanın bölgələrində konsertlərə start verdi


Digərləri 17 Sen 2019 14:00:00 309 0

“Kalinka” yağı markası Azərbaycanın bölgələrində konsertlərə start verdi

"Kalinka" yağı markası, yalnız dadına və sağlamlığa olan xeyrinə görə deyil, həm də müntəzəm təşkil olunan əyləncəli konsertlərinə görə hər zaman istehlakçılara yaxın olmuşdur. Beləliklə, Bakı və Sumqayıt şəhərlərinin supermarketləri qarşısında keçirilən konsertlərdən sonra "Kalinka" yenidən respublikanın bölgələrində bayram tədbirlərinə start verir.

Konsertlər "Kalinka" üçün özəl hazırlanmış "Kalinka Əyləncə Avtomobili" vasitəsilə keçirilir. Bu avtomobil  qonaqları həm əyləndirəcək, həm də hədiyyələr və endirim kuponları paylayacaq. Rəqslər, mahnılar, müsabiqələr, hədiyyələr, qrupların çıxışları - bütün bunlar qonaqlara əsl payız bayramının unudulmaz abu-havasını bəxş edəcəkdir.

Hər həftə avtomobil, müxtəlif şəhərlərin sakinlərinə bu cür sevinc dolu anlar yaşadacaqdır. Yeni həftə - yeni bir rayon mərkəzi!

Konsertlər Sentyabrın 17-dən başıayaraq, ardıcıl olaraq Şəki, Zaqatala, Mingəcevir, Bərdə və Gəncədə baş tutacaq. 

İlk konsert 17-23 sentyabr tarixlərində Şəki şəhərində "Bazarstore" marketinin qarşısında keçiriləcək. Daha sonra isə qastrol şənlikləri 24-27 sentyabrda Zaqatalada, 28-30 sentyabrda Miqəcevirdə, 1- 4 oktyabrda Bərdədə, 5-11 oktyabrda isə Gəncədə davam etdiriləcək.   Beləliklə "Kalinka"nın sevinc paylaşımı daha 6 haftə davam edəcək.

Qeyd edək ki, şənliklər zamanı  təşkilatçılar tərəfindən  sakinlərə xüsusi kuponlar paylanacaq və bu kuponlar vasitəsilə "Kalinka" yağları alacaq şəxslərə 10% endirim ediləcək.