Litva gimnasti: Dünya çempionatının açılış mərasimi ecazkar idi


Digərləri 17 Sen 2019 13:41:53 224 0

Litva gimnasti: Dünya çempionatının açılış mərasimi ecazkar idi

Bakıda yarışların təşkili əladır

Bakı. Cani Babayeva - Bakıda yarışların təşkili əladır. Bunu Trend-ə Litva gimnastı Beatris Gerulite dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib. O bildirib ki, öz proqramını yaxşı yerinə yetirib və Milli Gimnastika Arenasında çıxış etməkdən xoşu gəlib. Gimnast qeyd edib ki, çempionatda iki növdə çıxış edir və artıq öz çıxışlarını başa vurub: “Dünən açılış mərasimini izlədim, çox xoşuma gəldi, tədbir çox rəngarəng və ecazkar idi”.