Azərbaycanın turizm potensialı Pakistanda tanıdılacaq


Digərləri 17 Sen 2019 13:46:45 260 0

Azərbaycanın turizm potensialı Pakistanda tanıdılacaq

Azərbaycanın turizm potensialının tanıdılmasının növbəti ünvanı Pakistandır.

Bakı. Ceyhun Ələkbərov - Azərbaycanın turizm potensialının tanıdılmasının növbəti ünvanı Pakistandır. Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən bildiriblər. Qeyd olunub ki, 8-10 oktyabrda Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri Pakistanın Karaçi şəhərində keçiriləcək "Pakistan Travel Mart" sərgisində iştirak edəcək. Azərbaycan turizm sektorunda fəaliyyət göstərən 14 şirkətin qatılacağı sərgidə iştirakçılara ölkənin turizmin müxtəlif istiqamətləri üzrə potensialı, görməli yerləri, hotelləri, milli mətbəxi, turizm marşrutları barədə geniş məlumatlar veriləcək. Sərgi zamanı Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriləcək, əməkdaşlığa dair qarşılıqlı fikir mübadələsi aparılacaq. "Pakistan Travel Mart" Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirən geniş spektrli səyahət və turizm sərgisidir.