Brilliant Dadaşova: "Madonnanı müğənni hesab etmirəm, sıfırdır"


Şou-biznes 17 Sen 2019 12:34:00 209 0

Brilliant Dadaşova: "Madonnanı müğənni hesab etmirəm, sıfırdır"

Xalq artisti Brilliant Dadaşova "Hər şey daxil" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı-prodüser Tarix Əliyevin (Tolik) müğənnini dünya ulduzu Madonnaya bənzətməsi qarşı tərəfin xoşuna gəlməyib. Dadaşova "Azərbaycanın Madonnası Brilliant Dadaşovadır" sözlərinə belə cavab verib:

"Madonnanı müğənni hesab etmirəm. Gözəl şou göstərir, akrobatik hərəkətlər edir. Gözəl qadındır, yaxşı vücudu var. Müğənni kimi sıfırdır. Ona heç qulaq asmıram".

Təəccüblənən Tolik "Doğrudan? Onda sizi Selin Diona bənzədim?" sualını ünvanlayıb. Müğənni "Elə məni özümə bənzət" sözləri ilə ona münasibət bildirib.