"Sözünü deyən, xarakterli kişi olsa, ərə gedərəm" Afaq Gəncəli


Şou-biznes 17 Sen 2019 11:25:00 285 0

"Sözünü deyən, xarakterli kişi olsa, ərə gedərəm"  Afaq Gəncəli

Aparıcı Afaq Gəncəli şəxsi həyatından, proqramındakı yeniliklərindən danışıb.

O, axşam.az-ın suallarını cavablandırıb. A.Gəncəlk "ATV maqazin onlarla" proqramının yeni mövsümündəki dəyişikliklər barədə söz açıb:

"Yeniliklər oktyabrdan olacaq. Düzü, maqazin proqramında xüsusi bir yenilik etmək olmur. Çünki konsept bəllidir. Məşhurlar haqda xəbərlərdir, hara çevirsən eyni olur. Ancaq dizaynda, verilişin "şapka"sında, anonsunda dəyişikliklər olacaq. Bir müddətdir rubrikalara fasilə vermişdim. Düşündüm ki, artıq istirahət bəsdir. Yeni rubrika ilə bu mövsümdən verilişdə yer alacam".

Aparıcı rubrikasının formatı barədə məlumat verib:

"Rubrikanın səs-küy yaratması, qalmaqallı olması isə məşhurdan, bir də ondan müsahibə alan şəxsdən asılıdır. Şükür Allaha ki, bunu yaxşı bacarırıq. Bizə etibar edirlər. Biz də kimisə pis vəziyyətə salmaq üçün bunu etmirik. Müsahib bizə inanır, qarşı tərəfin də iradı olmur. Ruslanın (proqramın redaktoru, aparıcı Ruslan Ağayev - red.) da özünəməxsus rubriksı olacaq".

A.Gəncəli haqqında çıxan toy xəbərlərinin əhval-ruhiyyəsinə xoş təsir etdiyini söyləyib:

"Əslində, toy məsələsində qardaşımı nəzərdə tuturdum. Sadəcə əvvəlcədən demək mənə düşmür deyə, tam açıqlamadım. Amma nə yalan deyim, xoşuma gəldi. Hamı məni təbrik edirdi. Düşündüm ki, niyə də yox? Hər qadına xoşbəxtlik yaraşır. İnsan xoşbəxt olanda bu, simasında da, daxilində də özünü göstərir. Əks tərəfə heç bir mənfilik ötürmür. Hələ ki, ərə getmək fikrim yoxdur. Əlini və ürəyini mənə uzadan olsa, gözləyirəm. Görək, kim cəsarətli çıxacaq".