Şəkidə atraksiondan yıxılan tələbə qız üçün


Digərləri 17 Sen 2019 11:26:00 204 0

Şəkidə atraksiondan yıxılan tələbə qız üçün

Ötən gün Şəkidə əyləncə mərkəzində atraksiondan yıxılan qız əməliyyat olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü X.Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır xəsarətlər alan qız dərhal əməliyyata alınıb.

Sidik kisəsinin əməliyyatı üçün Şəkiyə Bakıdan həkimlər çağırılıb. Hazırda vəziyyəti ağır orta olan X.Durmuşova reanimasiya şöbəsində müalicə alır.

Xatırladaq ki, X.Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir.