Canavara "Zayes" deyən Şəbnəm: "Orada böyük bir şey yox idi"


Şou-biznes 17 Sen 2019 11:27:00 259 0

Canavara "Zayes" deyən Şəbnəm: "Orada böyük bir şey yox idi"

Müğənni Şəbnəm Tovuzlu ATV-də yayımlanan "Üçümüz" proqramında müzakirələrə səbəb olan açıqlamasından danışıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Hər şey daxil" verilişində qonaq olarkən canavarla dovşanı səhv salmasına aydınlıq gətirib:

"Mən rus və ingilis dilini bilməyə məcbur deyiləm. Qızım ingilis dilini çox gözəl bilir. Aparıcı sualı düzgün qurmamışdı. Mənə dedi ki, qurdun adı nədir? Mənə deyə bilərdi ki, qurd rus dilində necə səslənir?

Mən verilişlərə hörmət əlaməti olaraq gedirəm. Heç kim mənim tərbiyəmə, şəxsiyyətimə bir söz deyə bilməz. Orada böyük bir şey yox idi. Mənə sual veriləndə, sadəcə olaraq, bir az düşündüm".