AQTA maarifləndirir - Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?


Digərləri 17 Sen 2019 10:41:00 49 0

AQTA maarifləndirir - Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Trend-in məlumatına görə, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?” mövzusunda olacaq. Marketlərdə, bazarlarda qida məhsulları alarkən seçərkən öncə məhsulun üzərindəki məlumatlara, qablaşdırmaya və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Qablaşdırma tam şəkildə olmalı, üzərində deşik, kəsik olmamalıdır. Gözəl görüntülü, rəngli rəsmlərlə bəzədilmiş qablaşdırma Sizi çaşdırmamalıdır. Mütləq məhsulun üzərində tərkibi haqqında informasiya verən mətnə diqqət yetirin. Burada məhsulun enerji dəyəri, istehsal və son istifadə tarixi, çəkisi, saxlanma temperaturu və şəraiti, istehsalçı müəssisənin adı, ünvanı və s. kimi vacib məlumatlar öz əksini tapır. Məlumatların əcnəbi dillərlə yanaşı, Azərbaycan dilində də olması vacibdir. Qida məhsullarını seçərkən mal qonşuluğu prinsipinə əməl edilməsinə diqqət yetirin. Mal qonşuluğunun başlıca şərti məhsulların fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə almaq və onları ən münasib şəraitlərdə saxlamaqdır. Qida məhsullarını kimyəvi tərkibli, kəskin qoxulu qeyri-qida məhsulları ilə eyni paketə yerləşdirməyin. Aldığınız məhsulları paketə qoyarkən donmuş və soyuq qidaları ən alt hissədən yerləşdirin. Əzilməyə, sınmağa həssas (yumurta, göyərti və s.) olan qida məhsullarını paketin ən üst hissəsinə qoyun. Alış-veriş etdiyiniz mağazada məhsullarınızı torbaya yığmağa Sizə kömək edən işçinin də eyni qaydaya riayət etməsinə nəzarət edin. Qablaşdırılmamış, açıq şəraitdə və çəki ilə satılan məhsulun çirklənməyə məruz qalması ehtimalı böyükdür. Belə məhsulları alarkən üzərində xüsusi örtücü vasitələrin olmasına diqqət yetirin. Uşaqlar əhalinin həssas yaş qrupuna aid olduğundan uşaq qidaları alarkən xüsusilə, diqqətli olun. Bu qidaları seçərkən məhsulun yararlılıq müddətini, hansı yaş qrupuna aid olmasına dair təlimatı, mənşəyi və tərkibi haqqında olan məlumatları oxuyun. Qablaşdırmanın üzərindəki göstərilən son istifadə tarixini diqqətlə yoxlayın. Sizdə həmin tarixin süni müdaxilə vasitəsilə yazılması, dəyişdirilməsi barədə şübhə yaranarsa, o məhsulu almayın və bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə məlumat verin.
Samirənin oğlunu hovuza atıblar  “Başı pis vəziyyətdə idi” like
  • 17 Sen 10:40  
Şou-biznes Samirənin oğlunu hovuza atıblar “Başı pis vəziyyətdə idi”

Meyxanaçı Samirə Yusifqızının başına iş gəlib.

arrow Ətraflı
Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur like
  • 17 Sen 10:36  
Digərləri Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində pl

arrow Ətraflı
İsraildə parlament seçkiləri keçirilir like
  • 17 Sen 10:35  
Dünya İsraildə parlament seçkiləri keçirilir

Bu gün İsraildə knessetə 22-ci çağırış növbədənkənar seçkilər ke

arrow Ətraflı
Keçmiş həyat yoldaşını öldürməyə cəhd edən şəxs tutulub like
  • 17 Sen 10:34  
Digərləri Keçmiş həyat yoldaşını öldürməyə cəhd edən şəxs tutulub

Keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə, habelə polis əmək

arrow Ətraflı
Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ like
  • 17 Sen 10:31  
Digərləri Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ

Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində nam

arrow Ətraflı
Birinci sinfə şagird qəbulunun vaxtı uzadıldı - SƏBƏB? like
  • 17 Sen 10:27  
Digərləri Birinci sinfə şagird qəbulunun vaxtı uzadıldı - SƏBƏB?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhs

arrow Ətraflı
Valencia-nın futbolçuları rəhbərliyə etiraz etdilər like
  • 17 Sen 10:26  
İdman Valencia-nın futbolçuları rəhbərliyə etiraz etdilər

Valencia-nın futbolçuları rəhbərliyi boykot etmək &

arrow Ətraflı
“VAZ” yük avtomobili ilə toqquşdu: sürücü öldü like
  • 17 Sen 10:26  
Digərləri “VAZ” yük avtomobili ilə toqquşdu: sürücü öldü

Masallı rayonunda "VAZ" markalı minik avtomobili və "KamAZ&quo

arrow Ətraflı
Mariya Stadnik dünya çempionatına qələbə ilə başladı - 10:0 like
  • 17 Sen 10:23  
Digərləri Mariya Stadnik dünya çempionatına qələbə ilə başladı - 10:0

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam

arrow Ətraflı
"Sən ən yaxşı ər və ən yaxşı atasan"  FOTO like
  • 17 Sen 10:22  
Digərləri "Sən ən yaxşı ər və ən yaxşı atasan" FOTO

Böyük Britaniya şahzadəsi Harrinin 35 yaşı tamam olur.

arrow Ətraflı
Samir Mustafayev: Ürək xəstəlikləri səbəblərinin aradan qaldırılması insanın öz əlindədir like
  • 17 Sen 10:20  
Digərləri Samir Mustafayev: Ürək xəstəlikləri səbəblərinin aradan qaldırılması insanın öz əlindədir

Ötən əsrin sonlarında tibbin heç bir sahəsi kardiologiyada olduğu qədər

arrow Ətraflı
“Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər"  Taleh Yüzbəyov like
  • 17 Sen 10:17  
Şou-biznes “Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" Taleh Yüzbəyov

Cəmiyyətin "Zəhər tuluğu"na ehtiyacı var idi. Bu ideya ilk yaran

arrow Ətraflı
Müdafiə Nazirliyi cəbhədəki vəziyyət barədə məlumat yaydı like
  • 17 Sen 10:13  
Siyasət Müdafiə Nazirliyi cəbhədəki vəziyyət barədə məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı