Bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir (FOTO)


Digərləri 17 Sen 2019 10:45:56 224 0

Bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir (FOTO)

Bakıda təşkil edilən bədii gimnastika üzrə 37-ci dünya çempionatı dvam edir.

Bakı. Cani Babayeva, Zaur Mustafayev - Bakıda təşkil edilən bədii gimnastika üzrə 37-ci dünya çempionatı dvam edir. Trend-in məlumatına görə, sentyabrın 17-də halqa və topla təsnifat, həmçinin final yarışları keçiriləcək. Günün təqvimi: 10:00 - 11:20. C qrupu, təsnifat mərhələsi. Halqa və top 11:35 - 12:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top 14:00-15:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top 15:35 - 17:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top 19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - halqa 20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - top 20:40 - 20:55. Mükafatlandırma mərasimi: Halqa və top Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın ikinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sınayırlar. Milli komandamızın heyətində Zöhrə Ağamirova və Veronika Qudis xalça üzərinə çıxacaqlar. Hər iki gimnastımızın çıxış edəcəyi A qrupunda V.Qudis 1-ci, Z.Ağamirova isə 3-cü nömrə altında topla proqramlarını təqdim edəcəklər. Təmsilçilərimizin yer aldıqları qrupda 29 gimnast mübarizə aparacaq. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışacaqlar. Günün sonunda isə halqa və topla yarışların final mərhələsi keçiriləcək. Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında yarışlarda qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq. Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.