Samir Mustafayev: Ürək xəstəlikləri səbəblərinin aradan qaldırılması insanın öz əlindədir


Digərləri 17 Sen 2019 10:20:00 197 0

Samir Mustafayev: Ürək xəstəlikləri səbəblərinin aradan qaldırılması insanın öz əlindədir

Ötən əsrin sonlarında tibbin heç bir sahəsi kardiologiyada olduğu qədər köklü dəyişikliklərə uğramayıb.

Bakı. Ötən əsrin sonlarında tibbin heç bir sahəsi kardiologiyada olduğu qədər köklü dəyişikliklərə uğramayıb. Bu dəyişikliklər Nobel mükafatçıları olan alimlərin: Kurnan, Roberts və Forsmanın əsərlərinə əsaslanan ürəyin kateterizasiyası metodlarının sürətli inkişafı sayəsində gerçəkləşmişdir. Bu xəstəliklər daha kütləvi xarakter aldığı və heç kimin bundan sığortalanmadığı üçün, kardiologiyada olan bu dəyişikliklər bizim hər birimizə toxuna bilər. Bu dəyişikliyə uğramış və yenilənmiş kardiologiya invaziv (müdaxilə) adını alıb. Müasir dövrdə tibbdə yeni sahə olan invaziv kardiologiyanı ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin nicat yeri adlandırmaq olar. Mərkəzi Gömrük Hospitalının dünya standartlarına uyğun yaradılmış İnvaziv Kardiologiya şöbəsi ürək sağlamlığını qorumaq, ürək xəstəliklərini aşkar və müalicə etmək məqsədi ilə insanlara xidmət göstərir. Hospitalın invaziv kardioloqlar komandasına rəhbərlik edən invaziv kardioloq Dr. Samir Mustafayev pasiyentlərin müayinə və müalicəsində müasir kardiologiyanın ən qabaqcıl metodlarından sayılan koronar angioqrafiya, exokardioqrafiya, transezofagial exo, stress exokardioqrafiya, kardioversiya, müvəqqəti süni ritm aparıcısı tətbiqi, intaortik balon pompası tətbiqi, PTKA və stent tətbiqi, xroniki total okkluziyalarda PTKA və stent, ürək boşluqlarının kateterizasiyası, döş qəfəsi və qarın aortaqrafiyası, mərkəzi və periferik angioqrafiya üsullarından uğurla istifadə edir. Hospitalın invaziv kardioloqu Samir Mustafayev son illər ürək xəstəliklərinin müalicəsində geniş istifadə olunan invaziv müalicə metodu ilə bağlı suallarımızı cavablandırıb. Həmçinin, kardioloq müsahibəsində baş verən ürək xəstəliklərinin əsas səbəblərini açıqlayıb. - Samir müəllim, siz 10 ilə yaxındır ki, invaziv kardioloq kimi çalışırsız. Bu sahə kardiologiyanın nisbətən yeni sahəsidir. Bu barədə nə deyə bilərsiniz? - Bəli, invaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyətidir. İnvaziv kardiologiya geniş və mühüm sahə olan və koronar angioqrafiya adlandırılan diaqnostikanı əhatə edir ki, bura həmçinin, stentlərin qoyulması aiddir. İnvaziv müdaxilə sayəsində ürəyi qidalandıran qan damarlarında hər hansı daralma və yaxud qapanma olub-olmadığı müəyyən edilir. Koronar angioqrafiyadan sonra xəstəyə medikamentoz müalicə, ballon-stent qoyulması və ya koronar şuntlaşdırma (by pass) əməliyyatı ediləcəyinə qərar verilir. - Bəs hansı hallarda Siz xəstələrinizə açıq ürək əməliyyatı, hansı hallarda invaziv kardiologiya metodlarını təklif edirsiniz? - Ürəkdə açıq əməliyyat diaqnozu yalnız angioqrafiyadan sonra qoyula bilər. Biz əvvəl angioqrafiya edirik və damarların vəziyyətini müəyyənləşdiririk. Xəstə müxtəlif analizlər verir, bir sıra müayinələrdən keçir. Əgər damarlarda daralma çoxdursa, bu zaman onu açıq əməliyyata yönəldirik. Adətən şəkərli diabet xəstələrində belə hallar tez-tez olur. Daralmaların sayı azdırsa, ilk növbədə, stent məsləhət görürük. Həmçinin, kəskin infarkt diaqnozu ilə daxil olmuş xəstələrə də stent qoyulmasını tövsiyə edirik. - İnvaziv kardiologiyanı çox yayılmış insultun müalicəsində inqilab adlandırırlar. Bu barədə nə deyə bilərsiniz? - Avropada və ABŞ-da stentlərdən istifadə etməklə kiçik dəliklər vasitəsilə ürəyin damarlarına müdaxilə edib müalicə aparan həkimlərə “invaziv kardioloq” deyirlər. Adətən əvvəllər kardiologiyanı öyrənən, kardioloji xəstələrlə işləyən, daha sonra əməliyyatlar aparan həkimlər hazırda stentlərin tətbiqi ilə müalicə aparırlar. İki oxşar xəstəlik var – miokard infarktı və beyin infarktı və ya insult. Bir çox hallarda mexanizm eynidir – beyin damarı qapanır, orqanın hüceyrələrinə qanın axması dayanır. İnsultun müalicəsini məhz invaziv üsulla həyata keçiririk. - Son vaxtlar ürəklərində narahatlıq hiss edən insanlarda stent qoyulmasının artdığı müşahidə olunur. Bu nə ilə əlaqədardır? - Düz qeyd etdiniz. Son vaxtlar stent qoyulması halları artıb. Səbəb diaqnostika sahəsində irəliləyişlə bağlıdır. Bununla yanaşı, insanlar sağlamlıqlarının qayğısına qalmağa başlayıblar və bu da çox yaxşı haldır. Lakin stent qoyulması üçün də müəyyən şərtlər və göstəricilər mövcuddur. Belə ki, stent qoyulmasının səbəbi damarların 70%-dən artıq daralmasıdır. Bu, eyni zamanda, kəskin infarktın qarşısını almaqda kömək edir. - İnvaziv prosedurlarla müalicə zamanı risk dərəcəsi necədir? - Etiraf edim ki, invaziv prosedurlarda da digər prosedurlarda olduğu kimi, risklər var. Risklərin ümumi faizi 1000/1-dir. Onların arasında insult, qanaxma, venaların cırılması, hətta ölüm riskləri vardır. Bura həmçinin, allergik reaksiyaları şamil etmək olar. - İnvaziv prosedurdan sonra xəstə özünü necə qorumalıdır?