Yevlaxda kafe yanıb


Digərləri 17 Sen 2019 08:49:57 224 0

Yevlaxda kafe yanıb

Yevlaxda kafe yanıb

Bakı. Yevlaxda kafedə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yevlax şəhərinin Varvara kəndində ümumi sahəsi 152 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 56 m² sahədə və içərisində 3 ədəd soyuducu, 2 dəst stol-stul yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.