Qüsl alarkən sol tərəfi yuyanda yada düşsə ki...


Digərləri 16 Sen 2019 22:55:00 275 0

Qüsl alarkən sol tərəfi yuyanda yada düşsə ki...

Qüsl üç hissədən ibarətdir və bunlar ardıcıllıqla yerinə yetirilməlidir. Əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, sonra da sol tərəfi yuyulur. Ardıcıllığı pozmaq qüslü batil edər. Eləcə də, qüsl zamanı bədəndə iynə ucu qədər də olsa islanmamış yer qalmamalıdır. Başı və boynu tam yumadan sağ tərəfi yumağa başlamaq olmaz. Sağ tərəfi də tam yumadan sol tərəfə keçmək olmaz. Əgər bədənin sol tərəfini yuyarkən yada düşsə ki, sağ tərəf tam yuyulmayıb, gərək qayıdıb sağ tərəfin həmin hissələri yuyulsun, sonra sol tərəf bir daha əvvəldən axıra yuyulsun. Əgər qüslü qurtarandan sonra yadına düşsə ki, sol tərəfdən bir hissə yuyulmamış qalıb, yalnız həmin hissəni yusa kifayətdir.

(adsgarden = window.adsgarden || []).push({});