Peyğəmbərlər Allahdan vəhyi hansı yolla alırdılar?


Digərləri 16 Sen 2019 22:40:00 218 0

Peyğəmbərlər Allahdan vəhyi hansı yolla alırdılar?

Peyğəmbərlər vəhyi müxtəlif yollar və vasitələrlə alırdılar. Məsələn:

a)  Bəzən peyğəmbərlər qeyb aləmindən səs eşidir, bu yolla Allahın əmrlərini əldə edirdilər (məsələn, Həzrət Musa (ə)).

b)  Bəzən Allah öz məqsədini peyğəmbə¬rin qəlbinə fikir şəklində salırdı.

c) Bəzən peyğəmbərlərə yuxuda vəhy edilirdi. Məsələn, Həzrət İbrahim Peyğəmbər (ə) oğlu İsmaili (ə) qurban kəsmək barədə vəhyi yuxuda almışdı.

ç) Bəzən isə Allah vəhyi peyğəmbərlərə mələklərin vasitəsilə göndərirdi. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) Cəbrail adlı mələklə görüşüb ondan vəhyi alırdı.

(adsgarden = window.adsgarden || []).push({});