Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb


Digərləri 16 Sen 2019 22:42:48 190 0

Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 16-da başa çatıb

Bakı. Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 16-da başa çatıb. Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Vitse-prezident Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin