Leysan yağışlar Tailandda 33 nəfərin ölümünə səbəb olub


Dünya 16 Sen 2019 21:04:00 262 0

Leysan yağışlar Tailandda 33 nəfərin ölümünə səbəb olub

Tailand rəsmiləri daşqınlara məruz qalan Ko Çan adasında yollar, körpülər və evlərə ziyan dəysə də, bazar ertəsi suyun səviyyəsinin azaldığını və bərə xidmətlərinin bərpa edildiyini bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, iki gün davam edən leysan yağışlar səbəbindən bazar günü Ko Çanın çökək yerlərindəki yolları və evləri su basıb, bəzi sakinlər isə sığınacaqlara yerləşdirlib.

Təlatümlü dəniz və güclü cərəyanlar bu populyar turist məkanında bərə keçidlərinin dayanmasına səbəb olub.

Rəsmilər cənub-qərb mussonunun gətirdiyi leysan yağışlarının Tailandın 32-dən çox vilayətində güclü daşqınlara səbəb olduğunu və 33 nəfərin öldüyünü bildirib.