İtaliya gimnastı: Bakıda yarışların təşkili hər dəfə daha da yaxşılaşır


Digərləri 16 Sen 2019 21:02:52 237 0

İtaliya gimnastı: Bakıda yarışların təşkili hər dəfə daha da yaxşılaşır

Son aylarda bu yarışlara çox ciddi hazırlaşmışam

Bakı. Cani Babayeva - Son aylarda bu yarışlara çox ciddi hazırlaşmışam. Bunu Trend-ə İtaliya gimnastı Milena Baldassarri dünya çempionatında təsnifat yarışlarında çıxışından sonra deyib. O, yarışlardan qabaq həyəcanlandığını vurğulayıb: “Amma özümü ələ ala bildim və proqramımı yaxşı icra etdim. Bütün bu aylar ərzində ciddi hazırlaşmışan və öz çıxışımdan razıyam. Nəzərə alsaq ki, bu çempionat lisenziya xarakteri daşıyır, gimnastların həyəcanlandığı görünür”. İtaliyalı gimnast Bakıda birinci dəfə çıxış etmədiyini deyib: “Zal mənə tanışdır, burada evdəki kimi rahat çıxış edirəm. Tamaşaçılar gözəldir, hər bir gimnastı yaxşı qarşılayır. Bakıda yarışların təşkili hər dəfə daha da yaxşılaşır”.