Mərkəzi Bank depozit hərracının nəticəsini açıqlayıb


Digərləri 16 Sen 2019 20:50:23 217 0

Mərkəzi Bank depozit hərracının nəticəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

Bakı. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb. AMB-dən Trend-ə verilən məlumata görə, sentyabrın 16-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 629.5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.