Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak edirlər


Digərləri 16 Sen 2019 20:27:06 38 0

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak edirlər

Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

Bakı. Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxırlar. Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimini izləyir. Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim olundu. Sonra Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış etdilər. Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan etdilər. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa etdi. Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içildi. Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa etdi. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olundu. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak etdilər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var. Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır. “Nağıllar gerçəkləşək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar. Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Rusiya S500lərin istehsal ediləcəyi tarixi açıqladı like
  • 16 Sen 20:24  
Dünya Rusiya S500lərin istehsal ediləcəyi tarixi açıqladı

Rusiya S-500 sistemlərinin seriyalı istehsalına 2020-ci ilin ikinci yarısın

arrow Ətraflı
Payızda bu xəstəliklərə qarşı diqqətli olun! like
  • 16 Sen 20:19  
Digərləri Payızda bu xəstəliklərə qarşı diqqətli olun!

Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bəzi insanlar tez-tez xəstələn

arrow Ətraflı
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib like
  • 16 Sen 20:16  
Digərləri Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Bilik Günü münasibətilə təd

arrow Ətraflı
Lobyanı qış üçün belə saxlamaq lazımdır  Usta öz sirlərini açır like
  • 16 Sen 20:14  
Digərləri Lobyanı qış üçün belə saxlamaq lazımdır Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən maraqlı yazını oxucularına təqdim edir.

arrow Ətraflı
Messinin adı Borussia Dortmund-la oyunun iştirak ərizəsinə salındı like
  • 16 Sen 20:13  
İdman Messinin adı Borussia Dortmund-la oyunun iştirak ərizəsinə salındı

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunda Borussia

arrow Ətraflı
Sabirabadda maşın kanala aşdı, sürücü öldü like
  • 16 Sen 20:12  
Digərləri Sabirabadda maşın kanala aşdı, sürücü öldü

Sabirabad rayonunun Axısxa kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş ve

arrow Ətraflı
Qısa zamanda arıqladan çaylar like
  • 16 Sen 20:09  
Digərləri Qısa zamanda arıqladan çaylar

Artıq çəkidən qurtulmaq və hər zaman ideal bədən quruluşunu saxlamaq ü

arrow Ətraflı
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd edib (FOTO) like
  • 16 Sen 20:07  
Digərləri “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd edib (FOTO)

Elm və təhsilin inkişafına xüsusi önəm verən “Nar” “Bilik günü

arrow Ətraflı
Tramp nöqtə qoydu: like
  • 16 Sen 20:04  
Dünya Tramp nöqtə qoydu:

ABŞ Prezidenti Donald Tramp İranla ön şərtlər olmadan görüşməyə hazı

arrow Ətraflı
Fuat Oktay: "Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 8 dəfə artıb" like
  • 16 Sen 20:00  
Digərləri Fuat Oktay: "Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 8 dəfə artıb"

2002-2018-ci illər arasında Türkiyə ilə Azərbaycan arasında ticarət döv

arrow Ətraflı
Deputat: "AzərbaycanÇin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb" like
  • 16 Sen 19:57  
Siyasət Deputat: "AzərbaycanÇin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb"

Son 20 ildə Çin Xalq Respublikası ilə Azərbaycan arasında da siyasi, iqtis

arrow Ətraflı
Saatlı sakinlərindən külli miqdarda narkotik maddə götürülüb (FOTO) like
  • 16 Sen 19:56  
Digərləri Saatlı sakinlərindən külli miqdarda narkotik maddə götürülüb (FOTO)

Saatlı rayonunda külli miqdarda narkotik maddə aşkarlanıb.

arrow Ətraflı