Sabirabadda maşın kanala aşdı, sürücü öldü


Digərləri 16 Sen 2019 20:12:00 224 0

Sabirabadda maşın kanala aşdı, sürücü öldü

Sabirabad rayonunun Axısxa kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Sabirabad rayonunun Axısxa kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də saat 9 radələrində Sabirabad rayonunun Axısxa kəndi ərazisində Saatlı rayon sakini Nizami Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı kanala aşırıb və hadisə yerində ölüb.