Kiprli gimnast: Bura cənnətdir


Digərləri 16 Sen 2019 17:28:54 208 0

Kiprli gimnast: Bura cənnətdir

Bədii gimnastika yarışlarında biz öz proqramımızla hər kəsi fəth etmək istəyirik

Bakı. Cani Babayeva - Bədii gimnastika yarışlarında biz öz proqramımızla hər kəsi fəth etmək istəyirik. Bunu Trend-ə Kipr gimnastı Viktoriya Skittidis təsnifat yarışlarındakı çıxışından sonra deyib. O bildirib ki, Bakıda Kipri 3 gimnast təmsil edir: “Mən dörd alətlə çıxış edirəm, digər qızlar isə iki alətlə çıxış edir. Biz artıq 3 ildir ki, bir yerdə məşq edirik. Komanda daxilində rəqabət var, amma biz bir-birimizi dəstəkləyirik”. V.Skittidi qeyd edib ki, bundan əvvəl də Bakıda yarışlarda iştirak edib və bu çempionata əvvəlki səhvlərini təkrarlamamaq ümidi ilə gəlib. Həmçinin, "bura cənnətdir" - deyən gimnast vurğulayıb ki, Milli Gimnastika Arenasında gimnastlar üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.