Şamaxı yolunda "RAV 4" aşdı,


Digərləri 16 Sen 2019 16:39:00 242 0

Şamaxı yolunda "RAV 4" aşdı,

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini - 1967-ci il təvəllüdlü Alıyev Arif Mustafa oğlu idarə etdiyi "RAV 4" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılaraq aşıb. Sürücü hadisə yerində ölüb, sərnişini - Şamaxı rayon sakini İsayev Əbilxan Şahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.