Tələbə atraksiondan yıxıldı


Digərləri 16 Sen 2019 16:19:00 221 0

Tələbə atraksiondan yıxıldı

Şəkidə kollec tələbəsi atraksiondan yıxılaraq ağır xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Şəki şəhərində, M. F. Axundov adına istirahət parkında baş verib. 

2003-cü il təvəllüdlü, Bərdə rayon sakini Xəyalə Vüsal qızı Durmuşova atraksiondan yıxılaraq ağır xəsarət alıb. X. Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Məlumatda bildirilir ki, X. Durmuşovaya çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Hazırda X. Durmuşovanın üzərində cərrahiyyə əməliyyatı aparılır. 

X. Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.