Əfqanıstanda yenə partlayış


Dünya 16 Sen 2019 15:54:00 219 0

Əfqanıstanda yenə partlayış

Əfqanıstanda güclü partlayış olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Fərəh vilayətində baş vermiş partlayış nəticəsində qadın və azyaşlı uşaqlar daxil olmaqla 5 nəfərin öldüyü bildirilir. Məlumata görə, partlayış kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi ilə baş verib.

Partlayışla bağlı məsuliyyəti hələ ki heç bir terror qruplaşması öz üzərinə götürməyib.