Goranboy İH məktəbdə baş vermiş hadisə ilə bağlı: Sinif bağlıdır


Digərləri 16 Sen 2019 15:21:00 238 0

Goranboy İH məktəbdə baş vermiş hadisə ilə bağlı: Sinif bağlıdır

Goranboy Rayon İcra Hakimiyyəti Boluslu kəndində orta məktəbdə baş verən hadisə ilə bağlı açıqlama verib.

Bakı. Ceyhun Ələkbərov - Goranboy Rayon İcra Hakimiyyəti (İH) Boluslu kəndində orta məktəbdə baş verən hadisə ilə bağlı açıqlama verib. Goranboy rayon icra başçının birinci müavini Ceyhun Həsənov Trend-ə bildirib ki, hadisə ötən gecə baş verib: "Orada əslində tavan deyil, sadəcə xırda bir taxta mismarlarından çıxaraq qopub. Hazırda hadisə baş vermiş otağın qapısı bağlıdır və şagirdlərin içəriyə girişi qadağan edilib".