Qobustanda “Toyota” aşdı, ölən və yaralanan var


Digərləri 16 Sen 2019 14:22:00 278 0

Qobustanda “Toyota” aşdı, ölən və yaralanan var

Qobustan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Qobustan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də saat 22 radələrində Qobustan şəhərinin ərazisində Bakı şəhər sakini Arif Alıyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, bir sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.