Bakı Dövlət Universitetində "Bilik günü" keçirilib (FOTO)


Digərləri 16 Sen 2019 13:46:00 61 0

Bakı Dövlət Universitetində "Bilik günü" keçirilib (FOTO)

Bakı Dövlət Universitetində (BDU) "Bilik günü" keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) "Bilik günü" keçirilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri rektor Elçin Babayev açaraq Azərbaycan ali təhsil ocaqlarının flaqmanı olan 100 yaşlı Bakı Dövlət Universitetinin birinci kurs tələbələrini və onun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə qəbul olan şagirdləri təbrik edib. “Siz həyatınızın mühüm bir mərhələsinə qədəm qoyursunuz. Universitetin 100 yaşının tamam olduğu ildə onun bir üzvünə çevrilirsiniz. Bunu sonralar dəyərləndirəcək, xatirələrinizdə yaşadacaqsınız”, - deyən rektor yüzüncü ilin birincilərinə universitetdə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmələrini tövsiyə edib. Rektor tələbələrin təhsilə başladıqları bu gündən etibarən savadlı, bilikli, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə, ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına, fəaliyyətlərində vətənpərvərlik və dövlətçilik prinsiplərini əsas tutacaqlarına, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə əminliyini ifadə edib. Universitetin respublikamız və əksər dünya dövlətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırladığını vurğulayaraq həmin məzunlar arasında dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik yüzlərlə tarixi şəxsiyyətlər arasında ümummilli lider Heydər Əliyev xüsusi yer tutduğunu diqqətə çatdırıb. Noyabr ayında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyini bildirən rektor yubiley tədbirlərinin indiyədək UNESCO-nun Parisdəki Baş qərargahında və Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qeyd edildiyini, çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu da fikirlərinə əlavə edib. Bu il ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarından danışan rektor ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayının 6462 nəfər təşkil etdiyini bildirib. Məlum olub ki, həmin tələbələrdən 5127 nəfər bakalavriat səviyyəsinə, 550 nəfər Qazax filialına, 785 nəfər tələbə isə magistraturaya qəbul olunub. Qəbul imtahanı verən abituriyentlərdən 500-dən çox bal toplayan 1563 nəfəri Bakı Dövlət Universitetini seçib. “Gənc istedadlar” liseyi haqqında məlumat verən rektor Elçin Babayevin sözlərinə görə bu il liseyi bitirən 48 məzundan 16 nəfəri 600-dən yuxarı bal toplayıb, 3 nəfər Prezident təqaüdünə, 6 nəfər qızıl, 1 nəfər gümüş medala, 6 nəfər fərqlənmə attestatına layiq görülüb. Tədbirdə BDU-nun professor-müəllim heyəti adından professor Ülviyyə Həsənova, tələbələr adından isə Tarix fakültəsinin tələbəsi Jalə Vəliyeva çıxış ediblər.
Teleaparıcının toyunda erotik qalmaqal: like
  • 16 Sen 13:44  
Dünya Teleaparıcının toyunda erotik qalmaqal:

Televiziya aparıcısı Kseniya Sobçak və rejissor Konstantin Boqomolovun evli

arrow Ətraflı
Millət vəkili “Bilik günü” münasibəti ilə keçirilmiş bayram tədbirində iştirak edib (FOTO) like
  • 16 Sen 13:40  
Digərləri Millət vəkili “Bilik günü” münasibəti ilə keçirilmiş bayram tədbirində iştirak edib (FOTO)

Millət vəkili “Bilik günü” münasibəti ilə keçirilmiş bayram tədbir

arrow Ətraflı
İlin sonuna qədər 10dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq like
  • 16 Sen 13:39  
Digərləri İlin sonuna qədər 10dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq

Cari ilin ilk aylarından sosial müavinətlərin elektron təyinatı infrastukt

arrow Ətraflı
Kəskin respirator virus infeksiyası (FOTO) like
  • 16 Sen 13:35  
Digərləri Kəskin respirator virus infeksiyası (FOTO)

Törədiciləri pnevmotrop viruslar olan Kəskin Respirator Virus İnfeksiyalar

arrow Ətraflı
Yeni sədr AzTVnin loqosunu dəyişdi like
  • 16 Sen 13:34  
Digərləri Yeni sədr AzTVnin loqosunu dəyişdi

Azərbaycan Dövlət Televizyası loqosunu dəyişdirib.

arrow Ətraflı
Qarabağ - Sevilla matçı ukraynalı hakimlərə tapşırıldı like
  • 16 Sen 13:31  
İdman Qarabağ - Sevilla matçı ukraynalı hakimlərə tapşırıldı

UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək

arrow Ətraflı
Nikoil Bank-dan “Neftçilər günü”nə özəl güzəştli kredit kampaniyası like
  • 16 Sen 13:30  
Digərləri Nikoil Bank-dan “Neftçilər günü”nə özəl güzəştli kredit kampaniyası

"Nikoil Bank" 20 sentyabr Azərbaycan neftçilərinin peşə bayramı günü mü

arrow Ətraflı
Qarabağ - Sevilla matçına neçə bilet satıldı? like
  • 16 Sen 13:29  
İdman Qarabağ - Sevilla matçına neçə bilet satıldı?

Qarabağ-ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda İsp

arrow Ətraflı
KRVİ  kəskin respirator virus infeksiyasi like
  • 16 Sen 13:25  
Digərləri KRVİ kəskin respirator virus infeksiyasi

Törədiciləri pnevmotrop viruslar olan Kəskin Respirator Virus İnfeksiyalar

arrow Ətraflı
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində (FOTO) like
  • 16 Sen 13:24  
Digərləri Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində (FOTO)

Azərbaycan məhsulları Varşavada keçirilmiş “Food Expo Warsaw-2019” Qid

arrow Ətraflı
Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır (FOTO) like
  • 16 Sen 13:15  
Digərləri Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin başlanması mü

arrow Ətraflı
Formula 1 qran-prisi yanğına görə təxirə salına bilər like
  • 16 Sen 13:15  
İdman Formula 1 qran-prisi yanğına görə təxirə salına bilər

“Formula 1” üzrə Sinqapur Qran-prisi təxirə salına bilər.

arrow Ətraflı
Taksi sürücüsü qadın sərnişini vəhşicəsinə döydü like
  • 16 Sen 13:14  
Dünya Taksi sürücüsü qadın sərnişini vəhşicəsinə döydü

Türkiyənin Bolu vilayətində taksi sürücüsü qadın sərnişini döyüb.

arrow Ətraflı
Əsasən yağmursuz keçəcək, lakin...  HAVA PROQNOZU like
  • 16 Sen 13:09  
Digərləri Əsasən yağmursuz keçəcək, lakin... HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı