Novxanı yolunda ölümlə nəticələnən qəzada yaralan şəxslərin kimliyi və vəziyyəti


Digərləri 16 Sen 2019 11:56:00 291 0

Novxanı yolunda ölümlə nəticələnən qəzada yaralan şəxslərin kimliyi və vəziyyəti

Ötən gün Novxanıda ağır qəzada xəsaərt alan şəxslərin kimliyi məlum olub.

Bakı. Ceyhun Ələkbərov - Ötən gün Novxanıda ağır qəzada xəsaərt alan şəxslərin kimliyi məlum olub. Trend-in məlumatına görə, 3 nəfərin ölümü ilə nəticələnən qəzada 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar iki müxtəlif şəhər xəsətəxanalarına çatdırılıblar. Minik avtomobilinin sürücüsü 1999-cu il təvəllüdlü Məmmədova Nahidə Faiq qızı, bacısı 1995-ci il təvəllüdlü Məmmədova Fəridə Faiq qızı, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün, 2018-ci il təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu 3 saylı Şəhər klinik Mərkəzə yerləşdiriliblər. Məmmədov Samir İnqlab oğlu və Süleymanov Pərviz Mehman oğlu isə 1 saylı Klinik Tibbi Mərkəzə çatıdırılıblar. Hər iki şəxsə bud sümüyünün sınığı diaqnozu qoyulub, onlar reanimasiya şöbəsində müalicə alırlar.