Gələn ildən AMEA-da lisey fəaliyyət göstərə bilər


Digərləri 16 Sen 2019 11:25:51 393 0

Gələn ildən AMEA-da lisey fəaliyyət göstərə bilər

Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) lisey fəaliyyət göstərə bilər.

Bakı. İlhamə İsabalayeva - Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) lisey fəaliyyət göstərə bilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə magistrantlarla görüşündə deyib. Onun sözlərinə görə, akademiyada liseyin yaranması nəzərdə tutulan məsələlərdən biridir: "İstərdik ki, 10-11 ci sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Güman edirəm ki, akademiyanın 75 illiyi ilə əlaqədar gələn ildən burada lisey fəaliyyətə başlayacaq". A.Əlizadənin sözlərinə görə, gələn il martın 27-də akademiyanın 75 yaşı tamam olacaq. Ötən dövr ərzində AMEA-da möhtəşəm elmi məktəblər fəaliyyət göstərib, burada işləyən görkəmli alimlər dünya elminə töhfələr veriblər.