“Hacı Nuran hər hansı bir yerə transfer olunmayıb”


Şou-biznes 16 Sen 2019 10:19:00 300 0

“Hacı Nuran hər hansı bir yerə transfer olunmayıb”

Aparıcı Hacı Nuran Hüseynov ATV-dən Xəzər TV-yə keçid etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında status yazan aparıcı yazılanların həqiqəti əks etdirmədiyini bildirib.

"Əziz həmkarlar, hörmətli kolleqalar! Jurnalistikanın çox etik bir qanunu var: informasiya birtərəfli yazılmaz, mütləq qarşı tərəfin fikri öyrənilməlidir. Öyrənilmirsə, bu, qərəzdir. Yaşadığım bu ömür payında məninlə kiminsə qərəzi olduğunu ağlıma belə gətirməzdim. Çünki həmişə əl tutdum, kömək etdim. Xəstə yatağında belə, xalqımı düşündüm Milyonların arzusunu, istəyini nəzərə alıb, televiziya layihələri hazırladım.

Bu layihələrin hansı kanalda yayımlanması əgər kimlər üçünsə qaranlıqdırsa, deyim: istər Xəzər TV, istərsə də ATV olsun. Mənə dost, qardaş olan kanallardır və hər ikisinin qapısı həmişə mərhəmətin, xeyirxahlığın üzünə açıq olub. Bu səbəbdəndir ki, mənim "Həyat" layihəm ATV tamaşaçısının ən sevilən verilişlərindəndir.