Yelkənli İdman Federasiyası "Federasiya Kuboku 2019” yarışlarının qaliblərini mükafatlandırıb (FOTO)


Digərləri 16 Sen 2019 10:19:26 175 0

Yelkənli İdman Federasiyası "Federasiya Kuboku 2019” yarışlarının qaliblərini mükafatlandırıb (FOTO)

Yelkənli İdman Federasiyası "Federasiya Kuboku 2019” yarışlarının qaliblərini mükafatlandırıb

Bakı. Yelkənli İdman Federasiyası (SFA) sentyabr ayının 13-15-i tarixlərində "Federasiya Kuboku"na start verib. Yarış Yelkənli İdman Federasiyasının yelkənçiləri, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Xəzər Yelkənli Qayırlar İdman Klubu və “Dənizçi” Yelkən İdman klubunun yelkənçiləri arasında keçirilib. SFA-dan Trend-ə verilən məlumata görə, yarış Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgianninin baş hakimliyi, Federasiyanın baş məşqçiləri Seyhun Yıldız, Tuğçə Subaşının, məşqçi Anton Vilyayevin, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Xəzər Yelkənli Qayıqlar İdman Klubunun direktoru Tatyana Srebnayanın hakimliyi ilə reallaşdırılıb. Optimist, Laser4.7, Laser Radial, Laser Standart sinifləri üzrə keçirilən yarışlarda 30 idmançı iştirak edib. İdmançılardan 18 nəfəri Optimist sinifi, 5 nəfəri Laser 4.7, 3 nəfəri Laser Radial, 4 nəfəri isə Laser Standart sinfi üzrə iştirak edirdi. Gün ərzində ən azı 3 dəfə açıq dənizə çıxan yelkənçilər "Federasiya Kuboku" uğrunda gərgin mübarizə aparıblar. Peşəkar idmançıların iştirakı ilə keçirilən yarışda çətin hava şəraitində yüksək bacarıq nümayiş etdirilib. Yelkənçilərin göstərdikləri şücaət, nümayiş etdirdikləri professionallıq məşqçi və hakimlərin rəğbəti ilə qarşılanıb. Yarışın son günü qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Yarışın nəticələrinə görə, Optimist sinifi üzrə Murad Hacı-Zadə (SFA) 1-ci yer, Ayla Babayeva (SFA) 2-ci yer, Fidan Ağazadə (SFA) 3-cü yerin qalibi olub. Optimist sinifi qızlar arasında keçirilən yarışda Ayla Babayeva (SFA) 1-ci yer, Fidan Ağazadə (SFA) 2-ci yer, Kristina Kərimova (SFA) 3-cü yerin qalibi olub.