Polis təhlükəsizlik tədbirlərini gücləndirdi


Digərləri 16 Sen 2019 09:06:00 178 0

Polis təhlükəsizlik tədbirlərini gücləndirdi

Bakı şəhər Baş Polis İdarəsi bu gün yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik aylığına start verib.

Son.az xəbər verir ki, İdarənin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən oktyabr ayının 15-dək "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək:

"Tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır".

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə valideynləri ilk dərs günü ilə bağlı diqqətli olmağa çağırıb: